Gəncədə 8 noyabr tarixində atəşfəşanlıq olub.
Bildiyimiz kimi, dünən, 8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunub. Bu münasibətlə Gəncədə bir sıra ümumşəhər tədbirləri keçirilib. Günün sonunda Heydər Əliyev meydanında atəşfəşanlıq təşkil olunub. Bu mənzərəni izləməyə şəhərin bir çox sakinləri yığılıb.