16:50
Mərhumun şəxsiyyəti bəlli olub. Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.
09:45
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı iyunun 9-u Apa-ya istinadən veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “KİA” markalı minik maşını yolu keçmək istəyən 40 yaşlı Şöhrət Namazovu vurub. Zərərçəkən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.