Gəncədə yerləşən Azərbaycan Texnologiya, Gəncə Dövlət və Azərbaycan Dövlət Aqrar Univestitetlərində ümumilikdə 470 xarici tələbə var. Bu haqda 22 oktyabr tarixində Gencexeber.az KəpəzTV-ə istinadən məlumat verir.
ADAU-da 388, GDU-da 70, UTECA-da isə 12 əcnəbi tələbə təhsil alır. Onlar tək attestatla qəbul olur, ödənişli əsaslarla oxuyurlar. Xaricilər-xüsusən türklər bu fürsətdən yetərincə yararlanmağa çalışırlar. Çünki, dilimiz də, adət-ənənəmiz də çox yaxındır.
Xarici tələbələrdən bəziləri təhsil almaqla yanaşı, həm də iş tapıb pul da qazanırlar.