27.5 C
Gence
27.5 C
Gence

Gəncədə yerləşən obyekt cərimələnib

Gəncədə pandemiya dövrünün tələblərini pozulmasına görə ictimai iaşə obyekti cərimələnib. Bu haqda məlumat 29 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin saytında yerləşdirilib.

Qurumun əməkdaşları Azərbaycan bayrağı küçəsi, 138 ünvanında yerləşən “Park House” restoranında yoxlama aparıblar. Məlum olub ki, fiziki şəxs Anar Zamanova məxsus obyektdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan