“Azəralüminium” MMC işçilərinin gündəlik yeməklə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Bu haqda Gencexeber.az 22 oktyabr tarixində Report.az-a istinadən məlumat verir.
“Sağlam Catering” MMC tenderin qalibi elan edilib. İki illik bağlanan müqavilə əsasında şirkətlə 1 milyon 776 min manat ödəniləcək. Beləliklə, “Azəralüminium” MMC işçilərini yeməklə təmin etmək üçün hər ay 74 min manat xərcləyəcək.
Qeyd edək ki, “Azəralüminium” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsusdur. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir. Şirkət 2018-ci ildə yaradılıb.