9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə evdə güllə tapılıb

Gəncənin Əbül Üla Gəncəvi küçəsində yerləşən evin pəncərəsi qırıq, daxilində isə istifadə olunmuş güllə tapılıb. Bu haqda Gencexeber.az müxbiri 14 avqust səhər saatlarında xəbər verib.

Müxbirimizin aldığı məlumata görə, mülk sahibi bir müddət evində yaşamayıb. Qayıtdığı zaman isə bu vəziyyətlə qarşılaşıb. Evin sahibi mülkünə baxış keçirdikdən sonra oğurluq baş vermədiyini bildirib.

Hadisə yerinə çağırılan polis əməkdaşları, güllənin odlu silahdan atılmadığı ehtimalını irəli sürüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan