Gəncədə 31 avqust tarixində gənc oğlan intihar edib.
Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacdan asılı meyit tapılıb. Meyitin götürülməsinə köməklik etmək üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
2004-cü il təvəllüdlü Eldəniz Məmmədov yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbi hələlik məlum deyil. Onun meyiti tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.