21.4 C
Gence
20.5 C
Ganja

Gəncədə yenidənqurma işləri aparılır

Gəncədə abadlıq işləri davam edir. Bu haqda 12 noyabr tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Görkəmli bəstəkar Qəmbər Hüseynlinin abidəsinin ətrafında yenidənqurma işləri aparılır. Abidənin önündə tamet daşları yenilənir, yaşıllıq zolaqları üçün yerlər ayrılır. Burada uşaqlar və böyüklər üçün əyləncə və idman qurğularının quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, işlər bitdikdən sonra ərazidə iməcilik təşkil olunacaq.