Gəncədə yeni zavodun qurulması planlaşdırılır. Bu haqda Gencexeber.az 1 dekabr tarixində APA-ya istinadən məlumat verir.
Gəncə İş Adamları (GİA) İctimai Birliyinin sədri bildirib ki, Gəncədə soyuducu istehsalı zavodu qurulması planlaşdırılır. Bunun üçün Türkiyə ilə danışıqlıqlar aparılır.
Qeyd edək ki, GİA Gəncədə fəaliyyət göstərən sahibkarları vahid bir platforma ətrafında birləşdirən ictimai birlikdir. Birliyin əsas məqsədi iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafı təmin etməklə yanaşı, sahibkarların fəaliyyətinin səmərəli təşkilinin real bazar mühitində formalaşmasına şərait yaradan imkanlar ilə dəstək olmaqdan ibarətdir.