23 C
Gence
23 C
Gence

Gəncədə yeni tibb müəssisəsi açılıb

Gəncədə yeni xəstəxana fəaliyyətə başlayıb. Bu haqda Gencexeber.az-a yanvarın 24-ü məlumat daxil olub.

“ANKARA MEDİC LAB” klinikasının açılışı baş tutub. Tibb müəssisəsi şəhərin Atatürk prospektində, 1 saylı tam orta məktəbin yanında yerləşir.

Klinikada aşağıda qeyd olunan xidmətlər göstəriləcək:

  • Laboratoriya;
  • Ginekologiya;
  • Urologiya;
  • Endokrinologiya;
  • Kardiologiya;
  • Terapiya;
  • USM.

Qeyd edək ki, Mərasimdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov iştirak ediblər.

Ən Çox Oxunan