Gəncədə daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu haqda 29 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis baş leytenantı Şahin Şıxəliyev Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi vəzifəsindən azad olunub. O, 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, həmin bölmənin sabiq rəisi, polis mayoru Qubad Qasımov bir müddət əvvəl yol qəzasında həlak olub.