22.5 C
Gence
22.5 C
Gence

Gəncədə yeni açılmış ASAN xidmət 10 şəhər və rayon sakinlərinə xidmət göstərəcək

Gəncədə yeni açılmış ASAN xidmət mərkəzi 1 milyona yaxın vətəndaşa xidmət göstərəcək. Bu haqda 1 fevral tarixində Azərtac-a istinadən məlumat veririk.

Yeni mərkəzə Gəncə və Naftalan şəhərləri, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan sakinlər müraciət edə biləcəklər. 2 saylı Gəncə regional ASAN xidmətdə dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Mərkəzdə 208 əməkdaş və 85 könüllü fəaliyyət göstərəcək.

Xatırladaq ki, 30 yanvar tarixində prezident İlham Əliyev mərkəzin açılışını etmişdir.

Ən Çox Oxunan