22.5 C
Gence
22.5 C
Gence

Gəncədə yazıçı Qərib Mehdinin 85 illik yubileyi tədbiri baş tutub

Gəncədə yazıçı Qərib Mehdinin 85 illik yubileyi qeyd olunub. Bu haqda 16 dekabr tarixində Report.az-a istinadən məlumat veririk.

Yubiley gecəsi Məhsəti Gəncəvi Mərkəzində keçirilib. Orada dramaturqun həyat və yaradıcılığına nəzər salınıb, onun əmək fəaliyyəti haqqında danışılıb.

Qərib Mehdiyev 85 illik yubileyi münasibətilə təbrik edilib və hədiyyələr qəbul edib. Tədbir zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Mahnı və Rəqs Ansamblı xalq və bəstəkar mahnıları səsləndiriblər.

Qərib Mehdiyev kiçik yaşlarından Gəncədə boya başa çatıb. O, 1957-1959-cu illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrın aktyoru olumuşdur. Daha sonra yazıcı Gəncə rayon deputatları sovetinə seçilmişdir. Yazıçı 1971-ci ildən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində işləmişdir.

Qərib Mehdiyev aşağıda göstərilən mükafat və medalla təltif olunmuşdur:

  • Əməkdar jurnalist;
  • Həsən bəy Zərdabi adına mükafatı;
  • “Məmməd Araz” ali ədəbi mükafatı laureatı;
  • “Cəsarətli jurnalist”.
Report.az-dan foto
Report.az-dan foto

Ən Çox Oxunan