24.7 C
Gence
24.7 C
Gence

Gəncədə yararsız ət aşkarlanıb

Gəncədə 30 noyabr tarixində sakinlər cərimələnib. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat paylaşıb.

“Təzə Bazar”da fəaliyyət göstərən ət və ət məhsullarının satışı sahəsinə baxış keçirilib. Monitorinq zamanı ümumi çəkisi 208 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Həmin məhsulların satışının qarşısı alınıb və müsadirə edilərək saxlanca qoyulub.

Ətdən nümunələr laboratoriyaya verilib. Müayinələr nəticəsində onun köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub.

Faktla bağlı müvafiq tədbirlər görülüb.

AQTA-nın rəsmi Telegram kanalından foto
AQTA-nın rəsmi Telegram kanalından foto

Ən Çox Oxunan