24.8 C
Gence
24.8 C
Gence

Gəncədə yanğın baş verib

3 mikrorayon, bina 20A ünvanında yerləşən mənzildə yanğın baş verib. Hadisə, 22 avqust axşam saatlarında baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində başlayıb. Evdə heç kim olmadığından xəsarət alan olmayıb.

Hadisəyə şahid olan qonşular ev sahibinə xəbər veriblər. Yanğın evin yiyəsi tərəfindən söndürülüb.

Ən Çox Oxunan