Gəncədə 8 noyabr tarixində yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Hadisə gecə saatlarında Kəpəz rayonunda qeydə alınıb. Həyətyanı sahədə ümumi sahəsi 18 kv. m olan hamam otağında tavan, 1 ədəd paltaryuyan maşın və 1 ədəd su qızdırıcısı yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Otağın geri qalan hissəsi alovdan mühafizə olunub.