Yağışlardan sonra Gəncənin “Pasyolka” adlanan ərazisində müşahidə edilən vəziyyət sakinlərin narazılığına səbəb olub. Bu haqda 26 noyabr tarixində izləyicimizdən məlumat verilib.
Təqdim edilən materiallar Dədə Qorqud küçəsi, 1a binasının həyətində çəkilib. Orada küçənin çox hissəsinin su altında qalması görülür.
“Heç Gəncəçayında bu qədər su yoxdur. Uşaqlar məktəbə necə getsin? Sakinlər dükana yaxud işə gedmək üçün heç blokdan çıxa bilmirlər” – deyə izləyicimiz bildirib.
Daha öncə, Yeni Gəncə qəsəbəsində ara küçələrin baxımsız olması haqda xəbər vermişdik.