24.8 C
Gence
24.8 C
Gence

Gəncədə yaşlı xanım meyiti aşkarlanıb

Gəncədə  qadın meyiti aşkarlanıb. Bu haqda dekabrın 30-u Apa.az-a istinadən məlumat veririk.

Hadisə şəhərin Kəpəz rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata əsasən, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Cəlb olunan xilasetmə qüvvələri giriş qapısını açıb mənzildə 74 yaşlı Qəndab Məmmədovanın meyitini aşkarlayıblar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Ən Çox Oxunan