21.4 C
Gence
21.4 C
Gence

Gəncədə yaşayış olmayan evlərin birindən tüfəng aşkar edilib

Gəncədə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəhər sakini tutulub. Bu haqda yanvarın 19-u Trend.az-a istinadən məlumat veririk.

Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Bəxtiyar Əhmədov ələ keçirilib. Aparılan istintaq zamanı şəhər ərazisindəki yaşayış olmayan evlərin birindən onun gizlətdiyi bir ədəd yivli “TOZ-8” tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan