20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə yük avtomobili ilə minik avtomobili toqquşub

Gəncədə bu gün, 14 avqust tarixində qəza baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.

Yeni Gəncə qəsəbəsinin Bala Bağman Bayan küçəsində “Ford” markalı yük maşını ilə “Ford” markalı minik avtomobili toqquşub. Nəticədə avtomobillərə yüngül zərər dəyib. Xəsarət alan yoxdur.

Hadisə yerinə polis əməkdaşları gəlib.