16.4 C
Gence
16.4 C
Gence

Gəncədə xarici professor elmi biliklərini gənc müəllimlərlə bölüşüb

Gəncədə Türkiyənin Ege Universitetinin professoru Canan Abay bir qrup gənc müəllimlə görüş keçirib. Bu haqda məlumat tədbirin keçirildiyi Aqrar Universitetinin saytında dərc edilib.

Görüşün məqsədi təcrübəli müəllimin elmi və praktiki biliklərini gənc müəllimlərlə bölüşülməsidir. Bundan başqa, xarici araşdırmalar və elmi-tədqiqatlar barəsində qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

Professor Canan Abay aqrar iqtisadiyyat sahəsində olan elmi və praktiki bilikləri barədə gənc müəllimləri məlumatlandırıb. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan