26.4 C
Gence
26.4 C
Gence

Gəncədə xəstəxanalara yeni avadanlıqların alınması planlaşdırılır

Gəncədə bəzi tibb müəssisələrinin maddi-texniki bazası tələblərə cavab vermir. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil Departamentinin rəhbəri Araz Nəsirov bildirib. Gencexeber.az 2 dekabr tarixində Gancapost-a istinadən məlumat verir. 

Onun sözlərinə görə, Gəncədə hansı sahədə həkim çatışmazlığı olduğu haqda siyahı hazırlanıb. Nəsirov qeyd edib ki, iş axtaran həkimlər bununla bağlı müraciət edə bilərlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həmin şəxslərə işə başlaması ilə bağlı yardım edəcək. 

O, həmçinin bildirib ki, şəhərdə bir çox tibb müəssisəsi var, lakin çoxu maddi-texniki tələblərə cavab vermir. Həmin xəstəxanalara yeni avadanlıqların alınması planlaşdırıldığı qeyd olunub.   

Ən Çox Oxunan