26.4 C
Gence
26.4 C
Gence

Gəncə Dövlət Universitetinin tələbələri beynəlxalq təcrübə proqramında iştirak ediblər

Gəncə Dövlət Universitetinin tələbələri Niderland Krallığının Dordrecht şəhərində baş tutan beynəlxalq təcrübə proqramına yekun vurublar. Bu barədə GDU-nin rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.

Iki həftə davam edən təcrübə proqramının sonunda Diplomlar Mediasiya Federasiyasının müəyyən etdiyi kateqoriyalara uyğun olaraq, Nigar Piriyevaya “Mediasiya siyasətini təbliğ edən səfir”, Nərmin Məmmədzadə, Dilbər Əliyeva və Telli Məmmədovaya “Mediasiyanın beynəlxalq məsləhətçisi” və Mustafa Hüseynovaya “Sertifikatlaşmış beynəlxalq mediator” diplomları təqdim edilib.

Qeyd edək ki, səfər 01-14.11.21-ci il tarixlərində Niderland Biznes Akademiyasının koordinatorluq etdiyi Erasmus+ MEDIATS və Avropa Komissiyasının maliyyələşdirilməsi ilə baş tutmuşdur.

Ən Çox Oxunan