Gəncədə tələbələr arasında intellektual oyun təşkil olunub. Bu haqda Gencexeber.az 18 oktyabr tarixində Gənclər Evinə istinadən xəbər verir.
Yarış Gəncə Dövlət Universiteti TGT və Gəncə Gənclər Evinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə həyata keçirilib. Gəncə Dövlət Universitetinin tələbələri arasında təşkil olunan oyunun nəticələrinə əsasən:
- “Miracle” komandası – 1-ci yeri;
- “Apeiron” komandası – 2-ci yeri;
- “Kəpəz” komandası – 3-cü yeri tutub.
Sonda qalib komandalar diplomla təltif olunublar.