Gəncə Dövlət Universitetinin prorektoru Məmmədov Fəxrəddin dünyasını dəyişib. Bu haqda Gencexeber.az 16 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
71 yaşlı müəllim uzun vaxtdır ki, əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib.
Qeyd edək ki, Məmmədov, 2014-cü ildə universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.