24.7 C
Gence
24.7 C
Gence

Gəncə Dövlət Universiteti və AFBBANK əməkdaşlıq edəcək

Gəncə Dövlət Universiteti ilə AFBBANK arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.

Əməkdaşlığın məqsədi proqram çərçivəsində şərtlərə uyğun gələn tələbə və məzunlarını bu proqrama cəlb edərək təcrübə keçmələridir. Müştəri xidmətləri sahəsində peşəkar kadrların yetişdirilməsi nəzərdə tutulub. Gələcəkdə onların arasından potensial işçilər seçiləcək.

Memorandum Gəncə Dövlət Universitetinin rəhbərliyi adından rektorun baş müşaviri dosent Asif Cavadov, AFBBANK idarə heyətinin direktoru Hafiz İbrahimov və Gəncə filialının müdiri Zaur Ələkbədov tərəfindən imzalanmışdır.

Qeyd edək ki, gələcəkdə işə qəbul və təcrübə proqramını uğurla başa vuran tələbə və məzunlara sertifkatların təqdim olunması nəzərdə tutulmuşdur. Memorandum müddətsiz olaraq bağlanmışdır.

Ən Çox Oxunan