19.7 C
Gence
18.5 C
Ganja

Gəncə Dövlət Universiteti: tələbələr “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında iştirak ediblər

Gəncə Dövlət Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında iştirak ediblər. Bu barədə GəncəXəbər GDU-nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

48 ali təhsil ocağının iştirak etdiyi bu yarışda GDU-nin Tarix-coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda da qoşularaq, 5-ci yerə layiq görülüb. Bilik yarışı 3 turdan ibarət olub və hər turda 12 sual cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunmuşdur.