19.1 C
Gence
19.1 C
Gence

Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak edib

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak ediblər. Bu haqda Təhsil Nazirliyi məlumat paylaşıb.

Qeyd olunan təhsil mərkəzləri tikinti və inşaat ilə əlaqəli sahələrdə öz resursları haqda iştirakçılara məlumat verir, özəl sektor şirkətləri ilə B2B görüşlərdə iştirak edir və bazarın mövcud tələbələri haqqında daha çox məlumat əldə etmək və müxtəlif qurumlarla əməkdaşlıq qurmaq imkanı əldə edirlər.

Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Peşə təhsil müəssisələrinin sözügedən sərgidə iştirakı “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur.

Ən Çox Oxunan