24.7 C
Gence
24.7 C
Gence

Gəncə Dövlət Filarmoniyasında konsert olacaq

Gəncədə simfonik orkestrin konserti baş tutacaq. Bu haqda 4 fevral tarixində Gəncə Dövlət Filarmoniyası məlumat paylaşıb.

Konsert 11 fevral tarixində saat 19:00-da təşkil olunacaq. Proqramda Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri çıxış edəcək. Violində Nəzrin Aslanlı, violonçeldə Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıx ifa edəcəklər. Dirijor Əməkdar artist Fuad İbrahimovdur.

Biletləri Filarmoniyanın kassasından əldə etmək olar.

Ən Çox Oxunan