14.3 C
Gence
14.3 C
Gence

Gəncə Dövlət Filarmoniyasında konsert keçirilib

Gəncədə 8 noyabr tarixində konsert keçirilib. Bu haqda Gəncə şəhər Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbir Zəfər günü münasibəti ilə təşkil olunub. Konsert proqramının əvvəlində Dövlət Himni səsləndirilib. Mərasimdə şəhər icra başçısı, Türkiyənin Gəncədəki Baş Konsulu, Vətən müharibəsi qaziləri və digər qonaqlar iştirak ediblər.

Proqramda “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər Sahil Quliyev) çıxış edib.

Qeyd edək ki, konsert Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və təşəbbüsü və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə baş tutub.

Ən Çox Oxunan