21 C
Gence
21 C
Gence

Gəncə Dövlət Dram Teatrının aktyorları Türkiyədə təltif olunublar

Gəncə aktyorlarının göstərdiyi tamaşa Türkiyədə yüksək qiymətləndirilib. Bu haqda 26 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.

Bir müddət öncə Gəncə Dövlət Dram Teatrının “Kral ölür” tamaşası ilə Türkiyənin Trabzon şəhərində keçirilən 23.Karadeniz Uluslararası Tiyatro Festivalında iştirak edəcəyi barədə məlumat vermişdik.

Aktyorlarımızın uğurlu çıxışından sonra festival komitəsinin təkidli xahişi ilə tamaşa növbəti gün təkrar olaraq teatrsevərlərə təqdim olunub. Sonda tamaşanın yaradıcı heyəti T.C. Dövlət Teatrları İdarə Heyətinin xüsusi diplomu və festival komitəsinin hədiyyələri ilə təltif edilib.

Ən Çox Oxunan