Gəncə Dövlət Dram Teatrı Bakıda çıxış edəcək. Bu haqda 30 oktyabr tarixində teatra istinadən xəbər veririk.
Sözügedən teatrın aktyor truppası Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşa göstərəcək. Mədəniyyət ocağı 18 və 19 noyabr tarixlərində saat 19:00-da gürcü dramaturqu A.Saqarelinin “Xanuma” tamaşasını nümayiş etdirəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Mikayil Mikayilov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir. Tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Yunis, Novruz Cəfərov, Sevda Orucova, Ramiz Vəliyev, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Akif Səfərov, Ruslan Huseynov, Zeynəb Hüseynova, Emil Salmanov, Nailə Əhmədova, Rauf Hüseynov, Şahmar Məmmədov və Elmir Məmmədov ifa edirlər.