Bu ilin sentyabr ayında Şəhid olmuş Vətən övladlarının xatirəsinə həsr edilən tamaşa nümayiş etdirilib. Bu haqda oktyabrın 3-ü sosial şəbəkələrdə məlumat paylaşılıb.
127-ci teatr mövsümünün açılışı Nüşabə Əsəd Məmmədlinin “Cavad xan” tarixi dramı ilə baş tutub. Əsər Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib.
Tamaşa 12-14 sentyabr tarixlərində erməni silahlı birləşmələrinin təxribatları nəticəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsinə həsr edilib.