25.8 C
Gence
25.8 C
Gence

Gəncədə veteran futbolçunun 75 illik yubileyi qeyd olunub

Gəncədə veteran futbolçunun 75 illik yubileyi münasibəti ilə görüş keçirilib. Bu haqda məlumat tədbirin təşkilatçısı olan Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsində dərc edilib.

“Kəpəz” futbol klubunun veteran oyunçuları Tofiq Əliyevi 75 illik yubileyi ilə əlaqədar təbrik ediblər. Onun uzun müddət məşqçi kimi futbolun inkişafına verdiyi müsbət təsiri haqda məlumat verilib.

Daha sonra yubilyarın və digər futbol veteranlarının iştirakı ilə səmimi şəraitdə çay süfrəsi arxasında maraqlı müzakirələr aparılmış və kollektiv şəkil çəkdirilmişdir.

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan