26.9 C
Gence
22.5 C
Ganja

Gəncədə vəzifəli şəxslər cərimələniblər

Gəncədə məhkəmələrin birində nöqsanlar aşkar edilib. Bu haqda 13 sentyabr tarixində Report-a istinadən məlumat veririk.

Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar keçirilib. Nəticədə Gəncə Apellyasiya Məhkəməsində artıq və əsassız ödənişlər aşkarlanıb. Həmin ödənişlərin dövlət büdcəsinə bərpası və nöqsanlara yol verən vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməklə cərimə olunması təmin edilib.