Gəncə şəhərində Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib. Bu haqda Gencexeber.az 20 oktyabr tarixində AZƏRTAC-a istinadən məlumat verir.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı UTECA, GDU və ADAU-da təhsil alan tələbələrlə görüşüblər. Ümumilikdə 800-dən çox gəncin qatıldığı görüşlərdə Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı zəfər yolundan, regiondakı geosiyasi şəraitdən, postmüharibə dövrünün reallıqlarından danışılıb.
Bundan əlavə, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.