Gəncədə “Vətən müharibəsində Azərbaycan qadını” mövzusunda konfrans keçirilib. Bu haqda Gencexeber.az 8 noyabr tarixində Azertag.az-a istinadən məlumat verir.
Tədbir AMEA-nın Gəncə Bölməsinin rəhbərliyi və qadın təşkilatının təşəbbüsü ilə baş tutub. Orada əldə olunan qələbədə qadınların iştirakı müzakirə olunub.
“Zəfər yürüşündə oğullarını xeyir-dua ilə cəbhəyə yola salan analar Azərbaycan qadınının məğrurluq simvoludur” – deyə, akademik Fuad Əliyev konfrans zamanı söyləyib.