Gəncədə Vətən müharibəsi iştirakçısının qələmə aldığı “Ağıllı Qisas” romanının 20 noyabr 17:00-da təqdimatı baş tutacaq. Bu haqda “Art Garden Ganja”nin rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.
Mahir Hüseynovun ingilis dilində yaratdığı əsər acı qisas hissi ilə yaşayan bir gəncin qət etdiyi yoldan bəhs edən maraqlı bir həyat hekayəsidir.
Mahir Hüseynov 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
“Art Garden Ganja” Molla Pənah Vaqif 160 ünvanında yerləşir. Tədbirdə iştirak etmək istəyən şəxslər üçün giriş sərbəstdir.