Gəncədə İnsanın immunçatışmazlığı virusunun (İİV) erkən aşkarlanması məqsədilə müayinələr aparılıb. Bu haqda 30 iyun tarixində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə istinadən məlumat veririk.
Belə ki, Gəncə Regional Laboratoriyasının əməkdaşları Gəncənin Bayraq Meydanında İİV/QİÇS-nin aşkarlanması məqsədilə müayinələr aparıb. Aksiyaya qoşulan vətəndaşlar öz statusunu dəqiqləşdirib, ekspres-testdən keçiblər.
Təcrübəli mütəxəssislər insanlara İİV/QİÇS-yə yoluxma yolları, profilaktikası, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər.