27.5 C
Gence
27.5 C
Gence

Gəncədə vəfat edən rəisin yerinə yeni təyinat olunub

Gəncədə polis idarəsinə yeni rəis təyin olunub. Bu haqda 11 yanvar tarixində Oxu.az-a istinadən məlumat veririk.

General-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Sənədə əsasən, Tural Şahbəndiyev Abşeron rayon Mühafizə Polis idarəsinin rəis müavini vəzifəsindən azad edilib. O, Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, idarənin sabiq rəisi polkovnik-leytenant Emin Məmmədov 3 oktyabr tarixində dünyasını dəyişmişdir. O, koronavirus infeksiyasına yoluxmuşdur.

 

Ən Çox Oxunan