25.3 C
Gence
25.3 C
Gence

Gəncədə universitetdə fransız dilini xarici müəllim tədris edəcək

Gəncə Dövlət Universitetində fransız dilini xaricdən gələn müəllim tədris edəcək. Bu haqda 11 noyabr tarixində universitetin saytında məlumat paylaşılıb.

Fransa-Azərbaycan Universitetlərarası əməkdaşlıq çərçivəsində fransız dili ixtisasını stajçı Benedikt Furye tədris edəcək.

Rektor Yusif Yusibov qonaqla görüş keçirib. İmzalanan müqaviləyə əsasən, müəllim həftədə 10 saat tələbələrə dərs deyəcək. Ona Azərbaycan Fransız İnstitutu tərəfindən fransız dili istiqamətində əməkdaşlıq missiyaları da həvalə olunub.

Ən Çox Oxunan