24.7 C
Gence
24.7 C
Gence

Gəncədə un bahalaşdı

Gəncədə unun qiyməti qalxıb. Bu haqda Gencexeber.az-a 3 yanvar tarixində məlumat daxil olub.

Satıcıların sözlərinə görə, bir kisə unun qiyməti 28 manatdan 38 manata qalxıb. Bu səbəbdən mağazalarda satış dayandırılıb. Unun bahalaşmasına səbəb olaraq onlar, noyabr ayında taxılın qiymətinin 30 qəpikdən 60-a qalxmasını göstəriblər.

Qeyd edək ki, bu vəziyyət sakinlərin narazılığına səbəb olub.

Ən Çox Oxunan