25.8 C
Gence
25.8 C
Gence

Gəncədə “Uğurlu məzunlar” adlı onlayn tədbir keçirilib

Gəncədə məzunlarla görüş keçirilib. Bu haqda 16 dekabr tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

“Uğurlu məzunlar” adlı onlayn tədbirə deputatlar Naqif Həmzəyev, Müşfiq Cəfərov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Ülfət Maçanov, “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, KOBİA İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, “Zeferoğlu” inşaat şirkətinin qurucusu Zəfər Məmmədov, ADA müəllimi Rəşad İbadov, UNEC dekanı Fariz Əhmədov, Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdat Həsənov və George Washington Universitetinin təhsil üzrə doktorantı Sevinc Məmmədova qatılıblar.

Tədbirin məqsədi Gəncənin uğurlu məzunlarının təhsildə yeni layihələrin və ideyaların həyata keçirilməsində yaxından iştirakının və görüləcək işlərdə ictimai-nəzarətin artırılmasıdır.

 

Ən Çox Oxunan