19.1 C
Gence
19.1 C
Gence

Gəncədə tutulan şəxsin üzərindən tiryək çıxıb

Gəncə narkotik vasitələri saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda fevralın 8-i “Kəpəz” televiziyasına istinadən məlumat veririk.

Kəpəz rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elşən Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar edilib.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

 

Ən Çox Oxunan