Gəncədə 25 oktyabr tarixində “Tural” şadlıq sarayının rəhbərliyi cərimələnib. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.
Qurumun əməkdaşları Abbas Səhhət küçəsində yerləşən şadlıq evinə baxış keçiriblər. Burada pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı portaldan rəsmi qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı aşkar olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.