20.3 C
Gence
15.5 C
Ganja

Gəncədə tolerantlıqla bağlı tədbir baş tutub

Gəncədə tolerantlıq ənənələri və multikulturalizm siyasəti müzakirə edilib. Bu haqda məlumatı iyunun 11-i Azərtac-a istinadən veririk.

“Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib. Görüş Kəpəz rayon bələdiyyəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə DQİDK-in şöbə müdiri Həsən Məmmədov, Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev, bələdiyyə üzvləri və psixoloqlar iştirak ediblər.

Sonda DQİDK-in sifarişi ilə ərsəyə gəlmiş “Həmrəyliyimiz, milli birliyimiz gücümüzdür” adlı film nümayiş olunub.