Gəncədə tanınmış həkim Səbinə Qasımovanın evindən oğurluq edən şəxslərə hökm oxunub. Bu haqda 9 iyul tarixində Oxu.az-a istinadən məlumat veririk.
Sözügedən şəxs, Mərkəzi Klinik Gəncə Xəstəxanasının Reanimatoloq-Nefroloq, Reanimasiya, İntensiv Terapiya və Ekstrokorporal şöbəsinin müdiridir. O, 2017-ci ildə şəhərimizə köçüb və burada kirayə yaşayıb. 2021-ci ilin may ayında isə onun başına bu hadisə gəlib.
Belə ki, iki nəfər – şəhər sakini İsmayıl Bağırov və Bakı sakini Zaur Cəfərov Qasımovanın evinə girərək, ümumi dəyəri 18.150 manat olan qızıl-zinət əşyası, o cümlədən qiymətli əşyalar oğurlayıblar. Səbəb isə, Zaur Cəfərovun anasının müalicəyə ehtiyacı olması olub.
Cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zaur Cəfərov 4 il, oğurluq zamanı binanın qarşısında gözləyən, ətrafa nəzarət edən İsmayıl Bağırov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.