25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə tamamilə sökülən məktəb yenidən inşa olunur

Gəncənin Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbin binasının inşası bitmək üzərədir. Bu haqda Gencexeber.az-ın müxbiri 18 noyabr tarixində məlumat verib.

Məktəb Nəriman Nərimanov pospektində yerləşir. İşlər cari ilin aprel ayından başlanmışdır. Köhnə tikili tamamilə yararsız halda olduğuna görə, yeni binanın inşasına qərar verilmişdir.

Qeyd edək ki, dekabr ayının sonuna qədər məktəbin istifadəyə verilməsi planlaşdırılıb.