25.8 C
Gence
25.8 C
Gence

Gəncədə təmizliyə əməl etməyən ticarətçilərə qarşı reyd keçirilib

Gəncədə şəhər Təmizlik və Kommersiya şöbələrinin əməkdaşları reyd keçiriblər. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.

Şəhərin Nizami prospektində fəaliyyət göstərən ticarət obyektlərinin qarşısının təmiz saxlanması, sanitar gigiyenik qaydalara əməl edilməsi yoxlanılıb. Reyd zamanı mağazaların önünə yığılan qutulardan, atılan tullantılardan, yola tökülən çirkab sularından, ağacların dibinə yığılan zibillərdən ibarət mənzərə müşahidə edilib.

Ticarətlə məşğul olaraq ətrafı zibilləyənlərə xəbərdarlıq edilib. Maarifləndirici reydlər nəticə verməzsə, onlara qarşı cərimə tədbirlərinin görülməsi istisna edilmir.

Ən Çox Oxunan