16.9 C
Gence
16.9 C
Gence

Gəncədə tələbənin pul kisəsi oğurlanıb: VİDEOGÖRÜNTÜ VAR!

Tələbənin pul kisəsi oğurlanıb. Bu haqda məlumat noyabrın 21-i Gencexeber.az-a daxil olub.

Hadisə “Gala cosmetics” adlı mağazada baş verib. Redaksiyamıza həmin cinayət faktını əks etdirən videogörüntü daxil olub. Rəflərin qarşısında alış -veriş edən Aysel adlı gəncin pul kisəsini ağ gödəkcəli xanım oğurlayır.

Tələbənin verdiyi məlumata görə, cüzdanın içərisində 65 AZN pul, bank kartları və şəxsiyyət vəsiqəsi olub.

Xanım hüquq mühafizə orqanlarına hadisə ilə bağlı məlumat verib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan